
Bu gün Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Gununsesi.org xəbər verir ki, Təhsil naziri Ceyhun Bayramov, millət vəkilləri və bir çox ziyalıların iştirak etdiyi mərasimdə ilk olaraq Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev Respublika fənn olimpiadaları nəticələrinin analitik təhlilinə dair təqdimatla çıxış edib.
Bildirib ki, 2018-2019-cu tədris ilində olimpiadaya 30 000-dən çox şagird qatılıb: “Olimpiadanın nəticələrinə görə, 49 nəfər qızıl, 94 nəfər gümüş, 156 nəfər bürünc olmaqla ümumilikdə 299 nəfər qalib elan edilib.
52 müxtəlif rayon və şəhər şagirdləri iştirak etdiyi olimpiadada bölgələr üzrə ən yüksək nəticəni Sumqayıt şagirdləri göstərib.
Şagirdlər il boyu dünya üzrə keçirilən beynəlxalq olimpiadada da iştirak edərək ümumilikdə 23 medal qazanıb”.
Gununsesi.org












