Dünyanın ən yaxşı aviaşirkətləri -AirHelp

  • Müəllif: admin
  • 21 İyun 2019 11:16

Sərnişinlərin hüquqlarına aid “AirHelp” onlayn servis şirkətinin analitikləri sərnişinlərin rəyinə əsasən dünyanın ən yaxşı aviaşirkətlərinin reytinqini dərc ediblər.

Gununsesi.org-un “AirHelp”ə istinadən verdiyi məlumata görə, reytinq çərçivəsində aviaşirkətlərin göstərdikləri xidmətlərin keyfiyyəti, o cümlədən aviareyslərin vaxtında yerinə yetirilməsi, yaranmış hər hansı problem zamanı sərnişinlərə münasibət və s. qiymətləndirilib. Təhlilin nəticələrinə görə, hər bir şirkət müəyyən bal qazanıb. Maksimal bal – 10-dur.

Sərnişinlərin rəyinə əsasən dünyanın ən yaxşı aviaşirkətlərinin reytinqi:

# Aviaşirkət Ölkə Bal
1 Qatar Airways Qətər 8,23
2 American Airlines ABŞ 8,07
3 Aeromexico Meksika 8,07
4 SAS Scandinavian Airlines Danimarka, Norveç, İsveç 8,07
5 Qantas Avstraliya 8,04
6 LATAM Airlines Çili, Braziliya 8,01
7 WestJet Kanada 7,96
8 Luxair Lüksemburq 7,90
9 Austrian Airlines Avstriya 7,90
10 Emirates Airlines BƏƏ 7,80

Gununsesi.org