Dünyada ilk hərbi internet yaradılır

  • Müəllif: admin
  • 29 İyun 2019 09:11

Almaniya və Niderland Müdafiə nazirləri dünyada ilk hərbi internetin yaradılmasına dair anlaşma imzalayıb.

Gununsesi.org “ZDNet”ə istinadən xəbər verir ki, layihə “Tactical Edge Networking” (TEN) adlanacaq. TEN-in ştab-mənzili Almaniyanın Koblens şəhərində, dizayn mərkəzi isə Niderlandın Amersfort şəhərində yerləşəcək.

İlkin mərhələdə TEN vasitəsilə alman ordusunun yerüstü əməliyyatları ilə Niderland Müdafiə Nazirliyinin “FOXTROT” proqramı arasında bağlantı yaradılacaq.

TEN-in yaradılması hər iki ölkəyə bir neçə milyon avroya başa gələcək.

Gununsesi.org