
Gürcüstanda təlim-məşq toplanışında olan Bakı “İnter”i yoxlama oyunu keçirib. “Bankirlər” yerli “Samtredia” klubu ilə qarşılaşıb. Zaur Svanadze həmyerliləri ilə oyunda start heyətndə aşağıdakı futbolçulara şans verib:
Orxan Sadıqlı, Slavik Alxasov, Denis Silva Kruz, Adrian Skarlatake, İlkin Qırtımov, Mirhüseyn Seyidov, Elnur Abdullayev, Məmməd Quliyev, Mirsahib Abbasov, Samir Zərgərov, Rauf Əliyev.
Oyun “İnter”in 2:0 hesablı qələbəsi ilə tamamlanıb. Təmsilçimizə qələbə gətirən qolları Slavik Alxasov və Samir Zərgərov vurub.
Xatırladaq ki, Avroliqanın qrup mərhələsinə yüksələn “Qəbələ” ilk təsnifat mərhələsində məhz “Samtredia”nı mübarizədən kənarlaşdırıb.
Gununsesi.info









