Penitensiar Xidmət Əli İnsanovu təkzib edir

  • Müəllif: admin
  • 29 Avqust 2016 15:22

1370851021_mehman-sadiqov

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Mehman Sadıqov sabiq səhiyyə naziri Əli İnsanovun Bakı İstintaq Təcridxanasında su verilməməsi, saxlandığı kameranın isti olması və sərinkeşin olmaması ilə bağlı iddialarına aydınlıq gətirib.

Bu barədə Gununsesi.info-ya açıqlamasında Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik M. Sadıqov deyib ki, Ə.İnsanovun iddiaları əsassızdr və arqumenti yoxdur: “Son illər ərzində Azərbaycanda beynəlxalq standartlara uyğun penitensiar xidmət, cəzaçəkmə müəssisələri, istintaq təcridxanaları inşa edilib. Bakı İstintaq Təcridxanası da məhz onlardan biridir. Məhkumların saxlanma şəraitinin nə dərəcədə yüksək olmasını biz yox, beynəlxalq ekspertlər təsdiqləyir. Mötəbər təşkilatların nümayəndələri dəfələrlə təcridxanaya baş çəkib, məhkumların saxlanma şəraiti və qidalanmasının yüksək səviyyədə olması barədə rəy veriblər. Ona görə də hesab edirəm ki, bu ittihamlar həqiqəti əks etdirmir”. M. Sadoqov onu da əlavə edib ki, təcridxanada digərlərinə necə münasibət bəslənirsə, Ə.İnsanova da elə münasibət var: “İstər həbsxanada, istərsə də təcridxanada olsun, bütün məhbuslara eyni münasibət var. Fəqrli münasibət ola bilməz. Əslində fərqli münasibət hüquqların pozulmasıdır”.

ali1

Gununsesi.info