İranın Sistan-Bəlucistan bölgəsində qatar qəzası baş verib.
Gununsesi.org xəbər verir ki, Zahidan-Tehran istiqamətində hərəkət edən sərnişin qatarı relsdən çıxaraq aşıb.
Hadisə yerinə təcili yardım və xilasedicilər gəlib. Ölən və yaralananlar barədə hələ ki, məlumat yoxdur.
Xilasetmə işləri davam edir.
Gununsesi.org










