Efiopiyada toqquşmaların gedişatında 86 nəfər həlak olub

  • Müəllif: admin
  • 04 Noyabr 2019 00:11

Ötən ayın sonunda Efiopiyada baş verən toqquşmalarda ən azı 86 nəfər həlak olub.

Gununsesi.org TASS-a istinadən xəbər verir ki, bu barədə “Reuters” agentliyi bildirib.

“Həlak olanlardan 82-i kişi, 4-ü qadındır”, – deyə Abiya Əhməd bildirib. O, qeyd edib ki, ölənlərin əksəriyyəti Oromiya və Amhara əyalətlərinin sakinləridir.

Toqquşma qurbanları arasında xristianlar, müsəlmanlar da var”. “Biz o qüvvələri dayandırmalıyıq, hansılar ki, irəli addım atanda bizi keçmişə qaytarmağa çalışırlar”, – baş nazir deyib.

Efiopiyanın müxtəlif ərazilərində, ilk növbədə Oromiya əyalətində qarşıdurmalar oktyabrın 23-də başlayıb. Hakimiyyət orqanları yalnız 3 gün sonra vəziyyəti sabitləşdirməyə nail olub.

 

 

Gununsesi.org