Vilayət Eyvazovdan rəis TƏYİNATLARI

  • By admin
  • 20 Dekabr 2019 17:11

Daxili işlər orqanlarında yeni kadr təyinatları olub.

Gununsesi.org “Report”a istinadla xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsinin rəisi vəzifəsinə polis polkovnik-leytenantı Azər Məmmədov təyin edilib.

V.Eyvazovun digər əmri ilə polis mayoru Fəxrin Bektaşi Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinin rəisi vəzifəsinə təyin olunub.

Nazirin başqa bir əmri ilə Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 14-cü Polis Bölməsinin rəisi vəzifəsinə polis polkovnik-leytenantı Tural Məşədiyev təyin edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən “Report”a fakt təsdiqlənib.

Xatırladaq ki, bundan əvvəl 15 və 42-ci Polis bölmələrinə yeni rəis təyin edilmişdi.

Gununsesi.org