Bu gün altıncı çağırış Milli Məclisin ilk plenar iclası keçiriləcək.
Gununsesi.org xəbər verir ki, iclas saat 11-də başlayacaq.
Qeyd edək ki, parlamentin plenar iclasından öncə Yeni Azərbaycan Partiyasının (YAP) üzvləri və bitərəf deputatlar ayrılıqda iclas keçirərək Milli Məclis rəhbərliyinə namizədlərini müəyyənləşdiriblər. Belə ki, YAP-ın İdarə Heyətinin qapalı iclasında Milli Məclisin spikeri postuna Sahibə Qafarovanın, birinci vitse-spiker postuna isə Əli Hüseynlinin namizədliyi irəli sürülüb.
Bitərəf namizədlərin vitse-spiker postuna namizədi isə Adil Əliyev olub.












