Avropa Parlamentinin Prezidenti David Sassolinin koronavirus şübhəsi səbəbilə karantinə alındığı bildirilir.
Gununsesi.org “Qafqazinfo”ya istinadən xəbər verir ki, Avropa Parlamentinin prezidenti Davide Sassoli çərşənbə axşamı İtaliyaya səfərindən sonra ehtiyat tədbiri olaraq Brüsseldəki evində özünü karantinə aldığını bildirib. “Parlament öz vəzifələrini icra etmək üçün işlərinə davam edəcək. Heç bir virus demokratiyanı əngəlləyə bilməz”,-deyə italyan siyasətçi qeyd edib.












