Mübariz Mənsimovun meneceri də həbs edildi

  • Müəllif: admin
  • 16 Mart 2020 12:39

Palmali Holdinqin İdarə Heyətinin sədri Mübariz Mənsimovla birlikdə şirkətin meneceri Nuray Nurcahan Peker də həbs olunub.
Gununsesi.org yenisabah.az-a istinadla xəbər verir ki, Türkiyə mediasının yazdığına görə, onların FETÖ üzvü olduğu və təşkilatın yüksək səviyyəli rəhbərliyi ilə əlaqələrinin olduğu iddia edilir.

İddiaların doğru-olub olmaması hələ də öz təsdiqini tapmayıb.

Xatırladaq ki, Mübariz Mənsimov bir müddət öncə bu cür ittihamları rədd edərək onun adını FETÖ ilə bağlamağın cəfəng olduğunu və adıçəkilən təşkilatın ən böyük düşməninin özü olduğunu açıqlamışdı.

Qeyd edək ki, Mübariz Mənsimov bütün ittihamları rədd edir.

Gununsesi.org