ABŞ ordusunda koronavirusdan ilk ölüm faktı qeydə alındı

  • Müəllif: admin
  • 31 Mart 2020 09:40

ABŞ Müdafiə Nazirliyi orduda COVID-19 virusundan ilk ölüm faktının qeydə alınması barədə məlumat yayıb.

Gununsesi.org bildirir ki, News.ru nazirliyə istinadən məlumat verir ki, ölən əsgər Nyu-Çersidə yerləşən Milli Qvardiyada xidmət edib.

Rəsmi Pentaqonun son məlumatına görə, ABŞ ordusunda 568 hərbçi koronavirusa yoluxub.

Gununsesi.org