Ukraynanın Milli Antikorrupsiya Bürosu (NABU) və İxtisaslaşdırılmış Antikorrupsiya Prokrorluğu (İAP) Ali Radanın keçmiş deputatları və Prezident Ofisinin yüksək vəzifəli məmurlarının daxil olduğu cinayətkar təşkilatın ifşa edilməsi üzrə xüsusi əməliyyat keçirir.
Gununsesi.info Ukrayna mediasına istinadla xəbər verir ki, bu barədə NABU məlumat yayıb.
Bildirilib ki, təşkilat Ukraynanın fəaliyyətdə olan və keçmiş xalq deputatlarının rəhbərliyi altında fəaliyyət göstərib.
Onun fəaliyyətinə həmçinin Prezident Ofisinin yüksək vəzifəli əməkdaşları və digər şəxslər cəlb olunub.
NABU-da xüsusi əməliyyatın təfərrüatlarının sonradan açıqlanacağını bildiriblər.
Öz növbəsində, Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko Teleqramda Ukrayna Prezident Ofisi rəhbərinin müavini İrina Mudrayanın evində axtarışların aparıldığını bildirib.












