Odessa meriyası Ermənistanın humanitar yardım göstərməsindən sonra Baş nazir Nikol Paşinyana şəhərin fəxri vətəndaşı adının verilməsi məsələsinə baxmağa hazır olduğunu açıqlayıb.
Gununsesi.info yerli KİV-ə istinadən xəbər verir ki, Ermənistanın İqtisadiyyat Nazirliyi Baş nazir Nikol Paşinyanın tapşırığı ilə Ukraynaya humanitar yardım layihəsi həyata keçirir.
Məlumata əsasən, toplanacaq vəsait hesabına Ermənistan istehsalı olan böyük həcmdə tərəvəz və meyvənin Ukraynanın Odessa şəhərinə göndərilməsi planlaşdırılır.
Layihədə Ermənistan və Ukraynanın xarici işlər nazirliklərinin də fəal iştirak etdiyi bildirilir.
Odessa meriyasının Ermənistan hökumətinə müraciətində sözügedən yardımın şəhərdə Rusiyanın “təcavüzündən” zərər çəkən sakinlərə dəstək məqsədi daşıdığı qeyd olunur.
Bununla yanaşı, Odessa meriyası Ermənistanın humanitar yardım göstərməsindən sonra Nikol Paşinyana şəhərin fəxri vətəndaşı adının verilməsi məsələsini nəzərdən keçirə biləcəyini açıqlayıb.












