Neftin son 21 ildə ən ucuza satılır: qiyməti 16 dollar

  • Müəllif: admin
  • 22 Aprel 2020 10:16

Dünya bazarında “Brent” markalı neft xeyli ucuzlaşıb.

TASS xəbər verir ki, 1999-cu ilin 11 dekabrından sonra sözügedən markalı neftin qiyməti ilk dəfə 16 dollara qədər enib.

Bu gün Bakı vaxtı ilə saat 09:30-da dünya birjalarında “Brent” markalı neftin bir bareli 16,54 dollara satılıb.

WTI markalı neftin iyun fyuçersləri 3,54 faiz azalaraq, bir barel üçün 11,19 dollar təşkil edib.

Gununsesi.org