İtaliyada ilk dəfə sutka ərzində koronavirusdan sağalanların sayı yoluxanların sayını üstələyib

  • Müəllif: admin
  • 23 Aprel 2020 22:22

“İtaliyada son sutka ərzində 3033 nəfər koronavirusdan sağalıb. İlk dəfə sağalanlar yoluxanların sayını üstələyib”. 

Gununsesi.org Reuters-ə istinadən xəbər verir ki, bu barədə Mülki Müdafiə Departamentinin rəhbəri Angelo Borrelli söyləyib.

Onun sözlərinə görə, ümumilikdə ölkədə 57 576 nəfər xəstəlikdən sağalıb: “Son sutkada 464 ölüm halı qeydə alınıb. Ölənlərin ümumi sayı 25549 nəfərə çatıb”.

Qeyd edək ki, İtaliyada koronavirusa yoluxanların ümumi sayı 189 973 nəfərə çatıb.

 

 

Gununsesi.org