Trampın köməkçilərindən birində koronavirus aşkarlanıb

  • Müəllif: admin
  • 08 May 2020 09:06

ABŞ Prezidenti Donald Trampın köməkçilərindən birində yeni növ koronavirus (COVID-19) testinin nəticəsi pozitiv olub.

Gununsesi.org-un “Anadolu” xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, Tramp həmin şəxslə çox yaxın təmasda olmadığını deyib və iki dəfə COVID-19-la bağlı test nəticəsinin neqativ çıxdığını bəyan edib.

ABŞ prezidenti özünün və vitse-prezident Mayk Pensin hər gün koronavirus testindən keçəcəyini bildirib.

 

 

Gununsesi.org