“Fiorentina”da 3 futbolçu koronavirusa yoluxub

  • By admin
  • 07 May 2020 22:20

“Fiorentina” klubunda yeni koronavirus infeksiyasına yoluxma halları aşkarlanıb.

Gununsesi.org-un məlumatına görə, bu barədə İtaliya təmsilçisi rəsmi saytı vasitəsilə bildirib.

Altı nəfərin testi müsbət nəticə verib ki, onlardan 3-ü futbolçu, digər 3-ü isə klub işçiləridir. Xəstələrin adları ictimaiyyətə açıqlanmasa da, onların karantinə alındıqları vurğulanıb. Digər futbolçular isə mayın 8-dən klubun bazasına toplaşacaq və sosial məsafə qaydalarına riayət edərək məşqlərə başlayacaqlar.

Qeyd edək ki, ötən ay “Fiorentina”nın 3 futbolçusu – Patrik Kutrone, Herman Pesselya və Duşan Vlahoviç koronavirusa yoluxmuşdu.

 

 

Gununsesi.org