Bakıda “ADEX 2016” sərgisi keçiriləcək

  • Müəllif: admin
  • 21 Sentyabr 2016 11:11

adra

Sentyabrın 27-dən 30-na kimi Azərbaycanda və regionda ikinci dəfə olaraq, Beynəlxalq Müdafiə Sənayesi Sərgisi (ADEX-2016) keçiriləcək.

Bu barədə məlumatı Gununsesi.info-ya Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən verilib.

Məlumatda bildirilir ki, sərgi Azərbaycan Müdafiə Sənayesi Nazirliyi və Azərbaycan Müdafiə Nazirliyinin rəsmi təşəbbüsü və dəstəyi ilə təşkil olunur.

Sabah saat 12:00-da “Hilton Baku” mehmanxanasının “Firuzə” zalında Müdafiə Sənayesi nazirinin müavini cənabYəhya Musayev və sərginin təşkilatçılarının iştirakı ilə birlikdə sərginin açılışına həsr olunmuş mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, Azərbaycanda Beynəlxalq Müdafiə Sənayesi sərgisi ilk dəfə 2014-cü ildə keçirilib. Sərgidə dünyaca məşhur “MBDA”, “Thales”, “Damen Shipyards Group” şirkətlər qrupu, “Rostexnologiya” korporasiyası. Eyni zamanda, “Rosoboroneksport” (Rusiya), “Denel” (Cənubi Afrika), “Norinco” (Çin), “Bell Helicopter” (ABŞ), “Flir Systems” (ABŞ), “Roketsan” (Türkiyə), “Havelsan” (Türkiyə), Çinin “Tochmash” Dəqiq Maşınqayırma Korporasiyası (“Precision Mechanical Engineering Corporation”), “Ukroboronprom” (Ukrayna), “Yugoimport” (Serbiya), “Paramount Group” şirkətlər qrupu (Cənubi Afrika) və digərləri yer alır. Sərginin platin sponsoru qismində bütün dünya üzrə həm hərbi-dəniz, həm də kommersiya sektorunda keyfiyyətli gəmiqayırma işlərinə görə məşhur olan “Damen Shipyards Group” çıxış ediblər.

Anar

Gununsesi.info