
Bu gün Lənkəran şəhərində avtomobil yanıb.
Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Lənkəranda vətəndaşa məxsus “Mercedes” markalı minik avtomobilinin mühərrikinin yanar hissələri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Anar
Gununsesi.info









