
FETÖ şəbəkəsi ilə bağlı aparılan istintaq tədbirlərinə görə haqsızlığa uğrayanlar olarsa, onlar bağışlanacaq.
Gununsesi.info xəbər verir ki, bunu Türkiyə Baş naziri Binəli Yıldırım CHP lideri Kamal Kılıçdaroğlu ilə görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.
“Bir neçə məsələni müzakirə etdik. Bunlardan biri Suriyada apardığımız “Fərat qalxanı” əməliyyatı ilə bağlı idi. Digər mövzu isə terrora qarşı mübazirə oldu. Həmçinin FETÖ şəbəkəsi ilə əlaqədə olan şəxslərin həbs məsələsinə toxunuldu. Əgər hərbi çevriliş cəhdi ilə bağlı günahsız həbs edilənlər varsa, onlar bağışlanacaq”, – Yıldırım bildirib.
Gununsesi.info












