Qırğızıstan Prezidenti koronavirusa görə paradda iştirak etmədi

  • By admin
  • 24 İyun 2020 15:35

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov koronavirusa görə Moskvada hərbi paradda iştirak edə bilməyib.

Gununsesi.org xəbər verir ki, Prezident Moskvaya gəldikdən sonra onu müşayiət edən nümayəndə heyətindən iki nəfərdə virus aşkar edilib. Bununla əlaqədar olaraq, S.Jeenbekov parada qatılmamaq qərarı alıb.

Həmin şəxslərin sağlamlıq vəziyyəti barədə ətraflı məlumat verilməyib.

Gununsesi.org