Bakıda “Azərsu” ASC-nin işçisi kanalizasiya quyusu qazarkən öldü

  • Müəllif: admin
  • 30 İyul 2020 17:03

Bakının Suraxanı rayonunun ərazisində “Azərsu” ASC-nin 1962-ci il təvəllüdlü əməkdaşı Şakir Paşayevin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Bu barədə Gununsesi.info-ya hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

29 iyul saat 16:00 radələrində Hövsan qəsəbəsində kanalizasiya quyusu qazılarkən torpaq sürüşməsi baş verib. Nəticədə, Ş.Paşayev torpaq dağıntıları altında qalaraq vəfat edib.

Fakt rayon prokurorluğu tərəfindən araşdırılır.

Gununsesi.info