Yevlaxda maraqlı toy - Eşitmə və danışma qüsuru gənclər evləndi +VİDEO

  • Müəllif: admin
  • 29 Sentyabr 2016 10:10

esitme

Yevlaxda eşitmə və danışma imkanları məhdud olan iki gənc ailə qurub.

Gununsesi.info ARB TV-yə istinadən xəbər verir ki, əslən Salyan rayonundan olan Muxtarov Muxtar və Babayeva Leyla bir neçə ay bundan öncə tanış olublar.
Bəyin anası deyib ki, qızı bəyənərək oğluna məsləhət görüb:
“Qızı mən gördüm və bəyəndim. Sonra da oğluma məsləhət gördüm. Oğlumun da xoşu gəldi və izdivac da baş tutdu”.
Bəyin atası isə hələ də baş verənləri təəccüblə qarşılayır:
“Danışmağa söz tapa bilmirəm. Çox həyəcanlıyam”.

Gununsesi.info