ANS-in aparıcısı SPACE-də işləyəcək

  • Müəllif: admin
  • 29 Sentyabr 2016 10:30

tunzale

İyulun 17-də MTRŞ-nın qərarı ilə 1 aylıq qapanan ANS kanalın aparıcısı, tanınmış jurnalist tünzalə Rafiqqızı bu gündən etibarən SPACE kanalında işləyəcək.

Gununsesi.info-ya xəbəri təsdiqləyən parıcı bildirib ki, təklif kanal rəhbərliyindən gəlib: “Efirdə heç zaman ulduz xəstəliyinə tutulmasam da,  “Ulduz  kanalında işləyəcəm. SPACE-nin mənası kainat deməkdir. Kainatda isə günəşdən də böyük ulduzlar var. Çalışacam ki, mənə göstərilən etimadı doğruldum”-, deyə o bildirib.

Xatırladaq ki, bunadək T.Rafiqqızı ATV və ANS kanallarında aparıcı jurnalist işləyib.

Gülnaz Qənbərli

Gununsesi.info