
Millət vəkili Məlahət İbrahimqızı payız sessiyasının iclasında çıxışı zamanı I qrup sağlamlıq imkanları məhdud olan tələbə gənclərlə bağlı məsələni qaldırıb.
Gununsesi.info xəbər verir ki, millət vəkili qeyd edib ki, bu qrupa daxil olan tələbələr təhsil haqqından azad edilsələr yaxşı olardı : “Nəsimi rayonunda iki belə tələbə var. Onlar yüksək bal yığıb universitetə daxil olublar, ancaq pullu ixtisasa düşüblər. Amma ödəməyə imkanları yoxdur. Onların da ödənişdən azad olunmaları ilə bağlı məsələyə baxılmasını təklif edirəm”.
Spiker Oqtay Əsədov isə qeyd edib ki, qanunvericilikdə bu məsələ nəzərdə tutulub, amma məsələ bir daha araşdırılacaq.
Millət vəkili Qənirə Paşayeva da həmkarının fikirlərini təsdiqləyib. Qeyd edib ki, əgər bu ödəniş haqqı ləğv olunubsa, o zaman universitetlər buna əməl etmir: “ Çünki bu yaxınlarda bir neçə universitetdən tələbə mənim yanıma gələrək onlardan təhsil haqqı tələb edildiyini bildirdi. Bunlar Bakı Dövlət Universitetinin, Mədəniyyət və İncəsənət Universitüetlərinin tələbələri idilər”.
Gununsesi.info












