
Azərbaycan hökuməti eletron mediyaya dəstək göstəmək məqəsdi ilə maliyyə vəsaiti ayrılmalıdır.
Gununsesi.info xəbər verir ki, belə bir təkliflə millət vəkili Əflatun Amaşov Milli Məclisin payız sessiyasının ilk plenar iclasında çıxış edib.
Millət vəkininin sözlərinə görə, hökumət yazılı mətbuata dəstək verir və bu dəstəyini KİVDF vasitəsi ilə həyata keçirir. “Ancaq bu gün cəmiyyətimizdə internet mediası inkişaf edir və internet mediasının rolu və əhmiyyəti artır. İnternet mediasının cəmiyyətdə rolunun artmasına baxmayaraq, bu media resursu da maliyyə çətinlikləri ilə üzləşir. Bu baxımdan internet medianın statusu müəyyən edilərək, onlara maliyyə dəstəyinin göstərilməsinə diqqət yetirmək lazımdır. Hökumət bu məsələni nəzərə alıb internet mediayay dövlət dəstəyini göstərməlidir”- deyə, Ə. Amaşov bildirdi.
Millət vəkili eyni zamanda “Diffamasiya haqqında” qanunun qəbul edilməsini təklif etdi. O bildirdi ki, bir müddət öncə “Diffasmasiya haqqında” qanun layihəsi hazırlanaraq, cəmiyyətdə geniş müzakirəsi də təşkil edilib: “Ölkə başçısının dediyi kimi bu sahədə moratorium həyata keçirilib və bəlli olub ki, bu gün Azərbaycanda diffamasiya ilə bağlı heç bir jurnalist həbs edilməyib. O baxımdan müvafiq orqanlar belə bir təşəbbüskarlıqla çıxış etməlidir”.
Millət vəkili medianın sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə medianın reklam probleminin həllinə diqqəti cəlb etdi. O bildirdi ki, bu gün ölkə medasında reklam verilməsinin az olması mətbuatın çətin durumunu bir az da çətinləşdirir. “Çünki medianın durumu reklamdan asılıdır. Media özünü reklamla yaşatmalıdır. Ancaq bu sahədə problemlər bvar və bu problem həllini tapmalıdır. Reklam məsləsində balans qorunmalıdır. Ona görə ki, mediaya hökumət uzun müddət maliyyə dəsətyi göstərə bilməz. Mediada reklam bazarı inkişaf etdirlməli və buna şərait yaradılmalıdır”- deyə, Ə. Amaşov bildirib.
Mürtəza
Gununsesi.info












