Qaytarılmayan  kreditlər  rekord  həddə çatdı - İqtisadiyyata yönələn kreditlər isə 22 faiz azalıb

  • Müəllif: admin
  • 04 Oktyabr 2016 11:40

kredit1

Azərbaycanda problemli kreditlərin həcmi 1.6 milyard manata çatıb.

Gununsesi.info bunu Azərbaycan Mərkəzi Bankının avqust ayı üçün açıqladığı statistik bülletenə istinadən xəbər verir.

Qeyd edək ki, vaxtı keçmiş borclar kredit portfelinin 9.5 faizi təşkil etməklə, AMB-nin tarixində ən yüksək həddə çatıb.

AMB-nin məlumatına əsasən, respublika üzrə kredit  qoyuluşları 16 milyard 840 milyon manat təşkil edib. Beləliklə, ilin əvvəli ilə müqayisədə kredit təşkilatları tərəfindən iqtisadiyyata yönələn kreditlər 22 faiz azalıb.

Vüsalə RÜSTƏMOVA

Gununsesi.info