Poçt bağlamalarında qızıl-zinət əşyaları aşkar edilib - VİDEO

  • Müəllif: admin
  • 04 Oktyabr 2016 11:44

qizil
Bakı Baş Gömrük İdarəsinin beynəlxalq poçt göndərişlərinə nəzarət bölməsində poçt bağlamalarına gömrük nəzarəti zamanı qaçaqmalçılıq faktı qeydə alınıb.
Gununsesi.info qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, İsrail dövlətinə göndərilən iki ədəd poçt bağlamasındakı geyim əşyalarının arasından bəyan edilməyən və ümumi çəkisi 323,19 qram olan qızıl-zinət əşyaları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

 

ANAR

Gununsesi.info