
Azərbaycanda problemli kreditlərin həcmi 1.6 milyard manata çatıb.
Gununsesi.info bunu Azərbaycan Mərkəzi Bankının avqust ayı üçün açıqladığı statistik bülletenə istinadən xəbər verir.
Qeyd edək ki, vaxtı keçmiş borclar kredit portfelinin 9.5 faizi təşkil etməklə, AMB-nin tarixində ən yüksək həddə çatıb.
AMB-nin məlumatına əsasən, respublika üzrə kredit qoyuluşları 16 milyard 840 milyon manat təşkil edib. Beləliklə, ilin əvvəli ilə müqayisədə kredit təşkilatları tərəfindən iqtisadiyyata yönələn kreditlər 22 faiz azalıb.
Vüsalə RÜSTƏMOVA
Gununsesi.info











