İlham Rəhimov: “Assosasiya xaricdə yaşayan soydaşlarımıza hüquqi yardım gösətərəcək”

  • Müəllif: admin
  • 04 Oktyabr 2016 14:13
img1505092
Assosiasiya xaricdə yaşayan soydaşlarımızın problemlərinin həlli baxımından onlara yaxından hüquqi yardım gösətərəcək.
Gununsesi.info xəbər verir ki, bu fikri Qaradəniz və Xəzər region ölkələrinin hüquqşünaslar Assosiasiyasının prezidenti  İlham Rəhimov  təşkilatın gələcək fəaliyyət prinsipləri haqqında məlumat verərkən deyib.
Onun sözlərinə görə, hazırda təşkilata 15 ölkə daxildir və təşkilatın əsas məqsədlərindən biri digər ölkələrdə yaşayan həmvətənlilərə hüquqi yrdım göstəməkdir: “Bildiyniz kimi,  Rusiya ilə Türkiyə arasında yaranan gərginlik zamanı xeyli zamanda həm azərbaycanlılar,həm rusiyalı, həm də türkiyəli iş adamlarının problemləri yarandı və onların ciddi hüquqi yardıma ehtiyacı oldu. Bu zaman şəxsən mənə xeyli sayda insan müraciət edərək, hüquqi yardım istədi və mən də öz növbəmdə bacardığım qədər onlara dəstək oldum. Amma belə bir işi  tək bir insanın görməsi asan deyil, çox çətindir. Assosiasiya da yarananda müzakirlər zamanı belə bir fikir ortaya çıxdı. Odur ki, təşkilatın əsas fəaliyyət istiqamətlərindən biri kimi bu istiqaməti seçdik. Baxmayaraq ki, bu gün Rusiya Türkiyə münasibətləri normallaşıb, ancaq bu, o, demək deyil ki, iş adamalrı və yaxud insanlar hansısa ölkədə  problemlərlə qarşılaşmayacaq.
Baxın, bu gün azərbaycanlıların problemlərlə üzləşdiyi ölkə Rusiyadır.  Mənim özümə Rusiyada yaşayan soydaşlarımız problemlərinin həlli üçün müraciət edirlər. Fərdi qaydada hər bir şəxsə hüququ yardım göstəmək imkanı olmr. Ancaq təşkilat vasitəsi ilə problemlə üzləşən soydaşlarımıza hüquqi yardım göstərmək imkanı genişlənəcək və asanlaşacaq. Çünki Rusiya da bu təşkilatın üzvü olduğundan onunda üzərinə hüquqi bir məsuliyyət düşəcək və soydaşalrımıza  yaxından hüquqi yardım göstərəcək. Məsələn, imkanı olmayan soydaşımıza lazım gəldiyi halda  vəkil tutacaq və ona  digər hüquqi xidmətlər göstərəcək. Biz bu təşkilat vasitəsi ilə digər üzv ölkələrdəki soydaşlarımızın problemlərinin həllində hüquqi yardım göstəmək imkanımız olacaq”.
İ.Rəhimov onu  əlavə edib ki, təşkilat eyni zamanda elmi, təcrübə mübadiləsi, qanunvericiliyini öyrənilməsi və unifikasiyası sahəsində də əməkdaşlıq edəcək. “Ümumiyyətlə, hüquq sahəsi geniş bir anlam olduğundan  bu sahədə əməkdaşlıq ediləcək. Ümidr edirəm ki, təşkilat bu sahədə öz töhfəsini verəcək”- deyə,İ.Rəhimov vurğulayıb. 
İ. Rəhimov sonda deyib ki, təşkilata üzvlük açıqdır və istənilən ölkə yerləşdiyi coğrafi məkandan asılı olmayaraq üzv ola bilər: “Bu təşkilat  fərdi qaydada insanlar üzv ola bilərlər”.
Mürtəza
Gununsesi.nfo