AZAL Bakıdan beynəlxalq istiqamətlər üzrə ən çox tələbat olan reyslərin adını açıqlayıb.
Bu barədə məlumat Gununsesi.info-ya AZAL mətbuat xidmətindən verilib. AZAL-dan bildirilib ki, beynəlxalq istiqamətlər üzrə ən çox tələbat əvvəlki kimi Bakıdan İstanbula, Moskvaya, Dubaya və Kiyevə olub. Xaricə gedən sərnişinlərin ümumi sayının 38,3 faizi onların payına düşür.
2016-ci ildə ən məşhur istiqamətlərin siyahısına həmçinin Antalya, Tehran və Tbilisi daxil olub.
Mürtəza
Gununsesi.info












