
İsmayıllı rayonunun Lahıc qəsəbəsi ərazisində kütləvi müşahidə olunan həşərat karabid böcəklər fəsiləsinə aid kürəni Leystus (Leistus terminatus Hell.) böcək növüdür.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, İsmayıllı rayonunun Lahıc qəsəbəsi ərazisində kütləvi müşahidə olunan həşərat əhali və kənd təsərrüfatı üçün təhlükəli deyil.
Karabid böcəklər fəsiləsinə aid kürəni Leystus (Leistus terminatus Hell) böcək növünə kölgəli və nəmli yerlərdə – otluq və kolluqlarda, daşların altında, qopmuş qabıq və mamır üzərində rast gəlinir. Əsasən alatoran vaxtlarında aktivlikləri yüksək olur, termal su sahələri ətrafında daha sıx toplanır. Təbiətdə həşəratlar arasında az rast gəlinən qışı aktiv keçirmək qabiliyyətinə malikdir.
Torpaq üzərində bitki qalıqlarının çürüntüləri altındakı kiçik həşəratlarla qidalanan bu böcəklər kənd təsərrüfatı bitkilərinin zərərvericiləri deyil və insan sağlamlığı üçün heç bir təhlükə daşımırlar. Hazırda Lahıcda müşahidə olunan kütləvi çoxalmalarının səbəbini müəyyənləşdirmək üçün bu bölgədə ətraflı araşdırma aparılır
Gununsesi.info










