
“Xəzər TV-də yayımlanan “Ənənə boğçası” verilişinin aparıcısı Leyla Mustafayeva Yol Hərəkəti Qaydaları haqqında” qanunun tələbini kobud şəkildə pozduğuna görə, 50 AZN cərimə olunacaq”.
Bu barədə Gununsesi.info-ya Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev məlumat verib. O bildirib ki, L.Mustafayeva ilə telefon əlaqəsi saxlanılıb: “L.Mustafayeva ilə danışılıb və onu idarəyə dəvət etmişik. Sükan arxasında telefonla danışdığına görə, aparıcınə məsuliyyətə cəlb edəcəyik. Sükan arxasında telefondan istifadə etdiyinə görə, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq protokol tərtib ediləcək. Eyni zamanda 50 manat cərimə olunacaq”-, deyə o bildirib.
Qeyd edək ki, Gununsesi.info-nun xəbərinə görə, oktyabrın 16-da axşam saatlarında Xəzər TV-də Leyla Mustafayevanın müəllifi olduğu proqramda yayım zamanı onun avtomobil idarə edərkən, Xəzər FM radiosuna canlı bağlantısı da çəkilişdə qeyd olunub. Burada isə diqqəti çəkən məqam jurnalistin “Yol Hərəkəti Qaydaları haqqında” qanunun tələbini kobud şəkildə pozaraq, telefonla bir neçə dəqiqə danışması olub.
Bu azmış kimi jurnalist törətdiyi inzibati xətanı telekanalda ictimailəşdirib. Nəzərə alsaq ki, Leyla Mustafayevanın idarə etdiyi avtomobil Bakı-Qazax magistralında yükəsk sürətlə hərəkətdə olub, o zaman qəza da baş verə bilərdi.
Gununsesi.info












