Çempionlar Liqasında üçüncü tura yekun vuruldu - NƏTİCƏLƏR

  • Müəllif: admin
  • 20 Oktyabr 2016 08:25

uefa-1

UEFA Çempionlar Liqasında üçüncü tura yekun vurulub.

Gununsesi.info xəbər verir ki, ikinci oyun günündə A, B, C və D qruplarında səkkiz qarşılaşma keçirilib.

Günün ən maraqla gözlənilən qarşılaşması “Barselona” (İspaniya) – “Mançester Siti” (İngiltərə) klubları arasında keçirilib. Rəqibinin qapısına dörd dəfə yol tapan İspaniya təmsilçisi qapısını toxunulmaz saxlamağı da bacarıb.

Türkiyənin “Beşiktaş” klubu isə İtaliyada “Napoli”dən üstün olub.

Üçüncü turun ikinci günündə aşağıdakı nəticələr qeydə alınıb.

“A” qrupu

“Arsenal” (İngiltərə) – “Ludoqorets” (Bolqarıstan) – 6:0

“PSJ” (Fransa) – “Bazel” (İsveçrə) – 3:0

“B” qrupu

“Napoli” (İtaliya) – “Beşiktaş” (Türkiyə) – 2:3

“Dinamo” (Kiyev, Ukrayna) – “Benfika” (Portuqaliya) – 0:2

“C” qrupu

“Seltik” (Şotlandiya) – “Borussiya” (Mönhenqladbax, Almaniya) – 0:2

“Barselona” (İspaniya) – “Mançester Siti” (İngiltərə) – 4:0

“D” qrupu

“Rostov” (Rusiya) – “Atletiko” (İspaniya) – 0:1

“Bavariya” (Almaniya) – “PSV Eyndhoven” (Hollandiya) – 4:1

Gununsesi.info