Bayram Səfərov: “Suriya erməniləri fürsət tapan kimi Qarabağdan qaçacaqlar”

  • Müəllif: admin
  • 21 Oktyabr 2016 12:54

 

bayram1

Bu gün erməni lobbisi Suriya ermənilərini Dağlıq Qarabağda yerləşdirməyə yönləndirirlər. Ermənistan hakimiyyəti də həmin erməniləri bölgəyə yerləşdirməyə çalışır. Hazırda Dağlıq Qarabağa yerləşdirilən Suriya erməniləri ilk fürsətdə oradan qaçacaqlar. Artıq onların bir hissəsinin qaçması haqda məlumatımız var”.

Gununsesi.info-nun xəbərinə görə,  bu haqda “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri  Bayram Səfərov mətbuata  açıqlamasında deyib.

O bildirib ki,  Suriyadan  Qarabağa gələn  ermənilər öz ölkələrində kifayət qədər azad şəraitdə yaşayıblar: “Bu gün erməni lobbisi Suriya ermənilərini Dağlıq Qarabağda yerləşdirməyə yönləndirirlər. Ermənistan hakimiyyəti də həmin erməniləri bölgəyə yerləşdirməyə çalışır.Bununla yanaşı təmas xəttindəki hərbi postlar boş olduğu üçün həmin ermənilərin bir hissəsinin pasportları əllərindən alınır. Daha sonra onlar həmin postlara göndərilirlər. Odur ki, bu vəziyyətə görə,   Suriyadan gələn ermənilər uzun müddət Qarabağda duruş gətirə bilməyəcəklər. Əllərinə düşən  ilk fürsətdə Qarabağı tərk edcəklər.  Bigimizə görə, artıq Qarabağdan  qaçanlar da var. Çünki Suriyada  rahatlığa öyrəşmiş ermənilər  elə ağır şəraitdə, səfalət içərisində  yaşamağa razılaşacaqları absurddur”-, deyə İcma sədri bildirib.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon – Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və  Zəngilan Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Xatırladaq ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonraATƏT-red.) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Lakin bu qətnəmələr hələ də icra etmir.

Gülnaz Qənbərli

Gununsesi.info