
Gununsesi.info TCH-ə istinadən xəbər verir ki, Ukrayna parlamentinin deputatı, Rusiyada həbs həyatı yaşayan Nadejda Savçenko prezident Pyotr Poroşenkoya öz kreslosunu sabiq prezident, hazırda Rusiyada yaşayan Viktor Yanukoviçə təhvil verməyi təklif edib.
N. Savçenkonun belə bir fikir səsləndirməsinə səbəb Ukrayna-Rusiya münaqişəsi ilə bağlı Berlində “Normandiya dördlüyü”nün Rusiya, Fransa, Ukrayna prezidentləri və Almaniya kanslerinin keçirdiyi görüşün yekun nəticəsi olub. “Normandiya dördlüyü”-nün görüşündə nəticənin əldə edilməməsi N. Savçenkonu hövsələdən çıxarıb və Ukrayna diplomatlarını kəskin tənqid atəşinə tutub.
N.Savçenko deyib ki, bu uğursuz danışıqlardan sonra Pyotr Alekseyeviç Poroşenko gərək Viktor Fyodoroviç Yanukoviçdən üzr istəyərək, onu Ukraynaya dəvət etməli və prezident kürsüsünü ona təhvil verməlidir.
Deputat həmçinin Ukrayna diplomatiyasının bundan özncəki prezident dövrüendəkindən xeyli zəif olduğunu da dilə gətirib.
Gununsesi.info












