“İnsan alverinə və zorakılığa yox deyək” layihəsi çərçivəsində tədbir keçirilib

  • Müəllif: admin
  • 21 Oktyabr 2016 17:00

tadbir

Qəbələ Regional QHT- lərin Resurs və Təlim Mərkəzində Gənc Ana və Uşaqların Maarifləndirilməsi İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İnsan alverinə və zorakılığa yox deyək” layihəsi çərçivəsində tədbir keçirilib.

Gununsesi.info-nun məlumatına görə,  Qəbələ Regional QHT -lərin Resurs və Təlim Mərkəzinin icraçı direktoru Anar Məhərrəmov tədbirin mövzusu haqqında, proqramı haqqında məlumat verib.

Sonra çıxış üçün söz Gənc Ana və Uşaqların Maarifləndirilməsi İB -nin eksperti Ümüdvar Həsənova verilib.
Ümüdvar Həsənov insan alveri,  “İnsan alverinə qarşı mübarizə haqqında” Qanun, xаricə gеtməк istəyənlər üçün təhlüкəsizlik plаnı, insan alverinin qarşısının alınması sahəsində QHT-lər ilə əməkdaşlığın əhəmiyyəti və s. haqqında geniş məlumat verib
Sonda iştirakçıları maraqlandıran mövzular ətrafında müzakirələr aparılıb.

Gununsesi.info