
İraqın Kərkük şəhərində “Türkmeneli” telekanalının xəbər direktoru Əhməd Nəcməddin Haceroğlu öldürülüb.
Gununsesi.info-nun Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, bu barədə türkmənlərin Ərbil şəhərindən olan millət vəkili Aydın Maruf bildirib.
Onun sözlərinə görə, İŞİD-in hücumlarını işıqlandırmaq istəyən jurnalist avtomobilə edilən hücum nəticəsində həyatını itirib.
Məlumata görə, Kərkükdə təhlükəsizlik tədbirləri gücləndirilsə də, hərbçilər və mülki vətəndaşlar İŞİD snayperlərinin hədəfinə tuş gəlirlər.
Gununsesi.info












