Rusiyada helikopter qəzaya uğradı - 19 nəfər faciəli şəkildə dünyasını dəyişdi

  • Müəllif: admin
  • 22 Oktyabr 2016 07:58

helikop

Rusiyada helikopterin qəzaya uğraması nəticəsində 19 nəfər ölüb, 3 nəfər sağ qalıb.

Gununsesi.info RİA Novosti agentliyinə istinadən  xəbər verir ki, insident Yamal-Nenetsk Muxtar Dairəsinin ərazisində baş verib.

Mİ-8 tipli helikopterin qəzaya uğramasının səbəbləri hələlik məlum deyil.

“Qəzanın baş verdiyi yer aşkarlanıb. İlkin məlumata görə, 19 nəfər ölüb, 3 nəfər sağ qalıb.  Hadisə yerinə xilasedicilər cəlb edilib. Helikopterin “qara qutusu”  axtarılır” -deyə, Rusiya FHN-dəki mənbə bildirib.

Gununsesi.info