“Türkmeneli” telekanalının xəbər müdiri öldürüldü

  • Müəllif: admin
  • 22 Oktyabr 2016 00:52

k%c9%99rkuk

İraqın Kərkük şəhərində “Türkmeneli” telekanalının xəbər direktoru Əhməd Nəcməddin Haceroğlu öldürülüb.

Gununsesi.info-nun Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, bu barədə türkmənlərin Ərbil şəhərindən olan millət vəkili Aydın Maruf bildirib.

Onun sözlərinə görə, İŞİD-in hücumlarını işıqlandırmaq istəyən jurnalist avtomobilə edilən hücum nəticəsində həyatını itirib.

Məlumata görə, Kərkükdə təhlükəsizlik tədbirləri gücləndirilsə də, hərbçilər və mülki vətəndaşlar İŞİD snayperlərinin hədəfinə tuş gəlirlər.

Gununsesi.info