DÇ-2018-in talismanı bəlli olu - FOTOLAR

  • Müəllif: admin
  • 22 Oktyabr 2016 09:30

zabivka

Rusiyada keçiriləcək DÇ-2018-in talismanı bəlli olub.

Gununsesi.info-nun məlumatına görə, FİFA-nın rəsmi saytında keçirilən onlayn səsvermənin nəticəsinə əsasən, üç namizəddən biri – canavar turnirin maskotu seçilib.

Sentyabrın 23-də başlamış səsvermədə 3 namizəd var idi. Bunlar pişik, pələng və canavar idi.

Yekun nəticədə canavar 53%, pələng 27%, pişik isə 20% səs toplayıb

Artıq seçilmiş talismana ad da veriblər. Canavar bundan sonra Zabivaka adlanacaq.

Qeyd edək ki, dünya çempionatının oyunları 2018-ci ilin iyunun 14-dan iyulun 15-dək Rusiyanın 11 şəhərində 12 stadionda keçiriləcək: Moskva, Sankt-Peterburq, Kazan, Nijni Novqorod, Saransk, Soçi, Volqoqrad, Yekaterinburq, Samara, Kalininqrad və Rostov-donda.

zabivka2 zabivka1

Gununsesi.info