Türkiyədə 4 bal gücündə zəlzələ baş verib

  • Müəllif: admin
  • 25 Oktyabr 2016 11:50

zelzele-tezxeber_1391596560

Bu gün Türkiyədə növbəti zəlzələ baş verib.

Gununsesi.info “Güneş” qəzetinə istinadən verdiyi xəbər görə,Bursanın Mustafa Kemal Paşa mahalında Rixter şkalası üzrə 4.1 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə xəbər Türkiyənin Fəlakətlərin və Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) zəlzələ idarəsinin internet saytında yer alıb.

Zəlzələ Türkiyə vaxtı ilə saat 00.04-də baş verib və dağıntılara səbəb olmayıb.

Anar
Gununsesi.info