Mişar daşı dolu “Kamaz”ı oğurladılar - FOTOLAR

  • Müəllif: admin
  • 25 Oktyabr 2016 11:45

kacaz1

İmişlidə  naməlum şəxs  və ya  şəxslər  tərəfindən mişar daşi ilə dolu “Kamaz” markalı  yük maşınlarına basqın olub. Yük maşınlardan biri oğurlanıb, digərlərinə ziyan vurulub.

Gününsəsi.info xəbər verir ki, hadisə  ötən gün  axşam saatlarında İmişli rayonunun daş bazarı  adı ilə tanınan ərazidə qeydə  alınıb. Belə ki, sürücülər səhər tezdən yük maşınlarını saxladıqları daş bazarına gəliblər. Bu zaman yük maşınlarından birinin daşla birlikdə yoxa çıxdığını, digərinin içərisindəki 900 ədəd daş mişarı oğurlanaraq ağaclarının içərisində olduğunu görəndə şoka düşüblər. Sürücülərin sözlərinə görə, oğru və ya oğrular bununla kifayətlənməyiblər. Daş bazarında  dayanan  digər  yük maşınlarına da ciddi ziyan vurublar. Artıq bu barədə rayon polis şöbəsinə məlumat verilib. Hazırda  hadisəni  törədən şəxs  və ya şəxslərin kimliyini müəyyənləşdirib saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

kamaz2 kamaz kamaz4

Gününsəsi.info