
“Milli Bilik hərəkatı” Partiyasından mojaritar qaydada ölkədə keçirilən parlament seçkilərində namizədliyi irəli sürülən Gürcüstanın sabiq birinci xanımı Sandra Rulovs seçkilərin ikinci turunda namizədliyini geri götürüb.
Gununsesi.info gürcü mediasına istinadən xəbər verir ki, mövcud qanunvericiliyə görə, S.Rulovs namizədliyini geri götürsə də, adı seçki bülletenin də qalacaq.
Namizədliyini geri götürən Sandra Rulovs seçicilərə ona göstərdiyi etimada görə minnətdarlıq edərək bildirib ki,baxmayaraq seçkidə qalib gəldim. “Təəssüflər olsun ki, bu qələbimizi həm oktyabrən 8-də və dünən oğurladılar. Hamı bilir ki, mən birinci turda qələbə çaldım. Ona görə də hesab edirəm ki, ədalətsiz dırnaqarası demokratik seçkilər fonunda təhqirolunmuş halda ikinci tura qatılmağın mənası yoxdu. Birincisi, ona görə ki, Zuqdudidə çox pis oğru, kriminal şərait yaradılıb və hamıya təzyiq edilir. O baxımdan bu insanlar üçün əlavə problem yaradılmasını arzulamıram və istəmirəm ki, onları alçaldaraq gülsünlər. Bilirəm mən qələbə çalmışam. Buna görə də Zuqdudi bələdiyyəsini dəstəkləyəcəyəm. Çünki bu mənim vəzifəmdir”- deyə, S. Rulovs qeyd edib.
O həmçinin əlavə edib ki, saxtakarlıq təkcə Zuqdudidə deyil, bütövlükdə Gürcüstan ərazisində baş verib.
Gürcüstanda ikinci tur parlament seçkiləri oktyabrən 30-da keçiriləcək.
Gununsesi.info












