
Vergi Məcəlləsinə edilmiş dəyişikliklə 2017-ci il yanvarın 1-dən etibarən fiziki şəxslərin torpaq vergisinin bir hissəsi dövlət büdcəsinə köçürüləcək.
Gununsesi.info xəbər verir ki, Məcəlləyə edilmiş dəyişiklik nəticəsində kənd təsərrüfatı torpaqlarıüzrə torpaq vergisinin dərəcəsi (müvafiq icra hakimiyyəti orqanının verdiyi arayışa əsasən, təyinatıüzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatıüzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları istisna olmaqla) torpaq sahəsinin hər 100 kvadratmetrinə görə 1 manat müəyyən edilir və bu vəsait dövlət büdcəsinə köçürüləcək.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev qeyd edir ki, təyinatıüzrə istifadə edilən və obyektiv səbəblərdən təyinatıüzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqlarıüzrə torpaq vergisinin dərəcəsi isə 1 şərti bal üçün 0,06 manat saxlanılıb. Belə torpaqlardan tutulan vergilər bələdiyyə büdcəsinə köçürüləcək.
S.Əliyevin sözlərinə görə, bu vaxta qədər fiziki şəxslərdən tutulan torpaq vergisi istisnasız olaraq yerli büdcələrə, yəni bələdiyyələrin büdcələrinəödənilirdi: “ Dövlət büdcəsinə isə ancaq hüquqi şəxslərin torpaq vergisi ödənilib.
Bu dəyişiklik Azərbaycanda yerli özünüidarə qurumlarının zəif maliyyə potensialını bir qədər də məhdudlaşdırmağa imkan yaradır. Məlumat üçün bildirim ki, 2015-ci ildəölkədə fəaliyyət göstərən 1600-dan çox bələdiyyədən ümumilikdə 5,3 milyon manatlıq torpaq vergisi yığılıb. Torpaq vergisi üzrə daxilolmalar yerli 17%-ni təşkil edir”.
Ekspertə görə, bələdiyyələrin maliyyə potensialının məhdudlaşdırılması Azərbaycanın da qoşulduğu Yerli Özünüidarəyə Dair Avropa Xartiyasının tələblərinə ziddir: “Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin 2012-ci ildə hazırladığı 326 saylı Tövsiyədə bələdiyyələrin maliyyə imkanlarının genişləndirilməsinin vacibliyi qeyd edilib.
Xatırladım ki, 2006-cı ildə də yerli vergi olan nəqliyyat vasitələrindən əmlak vergisi Yol vergisinəçevrilərək dövlət büdcəsinə köçürülmüşdü”.
Vüsalə Rüstəmova
Gununsesi.info











