
Gününsəsi.info xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb. İki küçənin kəsişməsində “Jeep”, VAZ-2107 və iki “Mercedes” markalı avtomobil toqquşub. Qəza nəticəsində avtomobillərdə olan 4 nəfər xəsarət alıb. Yaralılardan ikisi təcili tibbi yardım avtomobilləri ilə xəstəxanaya çatdırlıb. Qəza zamanı xəsarət alan Ruqiyyə Dadaşova və Nicat Ağamalıyevə xəstəxanada tibbi yardım göstərilib. Digər iki yaralıya isə həkimlər hadisə yerində yardım edəndən sonra ambulator müalicəyə buraxıblar. Verilən məlumata görə, qəzaya səbəb Əhməd Rəcəbli küçəsi ilə hərəkətdə olan avtomobillər səbəb olub. Qəza zamanı deformasiyaya uğrayan avtomobillər cərimə meydançasına aparılıb. Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.
Gününsəsi.info










