
Nizami rayon polis idarəsinin əməliyatçılarının çevikliyi nəticəsində rayon ərazisində yerləşən şirkətlərdən birindən oğurluq olunmasının qarşısı alınıb.
Gununsesi.info xəbər verir ki, hüquq mühafizə orqanı əməkdaşları şirkətin ambarından oğurluq etməkdə şübhəli bilinən iki nəfəri elə iş başında yaxalayıb. Əraziyə nəzarət edən post patrul xidmətinin əməkdaşları şirkətin ambarından müxtəlif növ məişət texnikasının avtomobilə yüklənməsini gördükdə malı yükləyən şəxslərə yaxınlaşıblar. Bu zaman oğrular polis əməkdaşlarına şirkətin işçiləri olduqlarını söyləsələrdə malları qapıdan deyil havalandırma borusunun içərisindən çıxarmalarını izah edə bilməyiblər. Məlum olub ki ogurluq hadisəsini törədən şəxlər elə şirkətin keçmiş işçisi Rəfail Talıbov və qaynı Ramin Səfərovdu. Ağdam rayon sakini 32 yaşlı Ramin Sfərovun sözlərinə görə , saxlanılan şəxslər ambardan bir dəfə də oğurluq ediblər. Oğurladıqlarını satıb pulu xərcləyəndən sonra eyni ambarı ikinci dəfə qarət etmək qərarına gəliblər. Artıq faktla əlaqədar Nizami rayon polis idarəsində cinayət işi başlanıb araşdırma aparılır.

Gununsesi.info









