Deputat qadın sesçicilərilə görüşdü - FOTOLAR

  • Müəllif: admin
  • 03 Noyabr 2016 17:55
sevinc
Bakı şəhəri Suraxanı rayonu 30 saylı Suraxanı birinci seçki dairəsindən seçilən millət vəkili Sevinc Fətəliyeva bu gün Hövsan qəsəbəsində qadın seçicilərilə  görüşüb.
Bu barədə Gununsesi.info-ya millət vəkilinin köməkçisi Zəkiyyə Musayeva məlumat verib. O bildirib ki, görüşdə 26 sentyabrda keçirilən referendumdan sonra  ölkədəki ictimai-siyasi , sosil-iqtisadi vəziyyət, o cümlədən Qarabağ ətrafında aparılan danışıqlar barədə seçicilərə geniş məlumat verib. Millət vəkili həmçinin ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi vənəzərdə tutlan  siyasi, iqtisadi islahatlar barədə dəseçiciləri məlumatlandırıb və onları maraqlandıran sualları cavablandırıb.
Millət vəkili həmçinin seçicilərin üzləşdiyi problemlərlə bağlı maraqlanıb və onların həlli yollarını birgə müzakirə ediblər.  Millət vəkili xüsusən də havaların soyuq keçməsi nəticəsində üzləşdiyi kommunal və sosial problemlərin həlli ilə bağlı bacardığı imkanalrdan istifadə edərək həll edəcəyinə  sesçicilərə söz verib.
sevinc1 sevinc2
Mürtəza 
Gununsesi.info