Qubada gənc at arabasının altında qaldı

  • Müəllif: admin
  • 13 Noyabr 2016 17:18

630_360_1479029640-2183-903

 

Quba rayonunda 30 yaşlı gənc arabanın altında qalıb.

Gununsesi.info Report-a istinadən xəbər verir ki, rayonun Alekseyevka kənd sakini, 1986-cı il təvəllüdlü Quliyev Şahin Şamil oğlu bağdan meyvə daşıyarkən, ata qoşulmuş arabanın altında qalıb.

Quba Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, yaralı “qarının küt travması, sağ qaş üstü nahiyəsinin cırılmış – əzilmiş yaraları” diaqnozu ilə qəbul olunub, hal-hazırda Cərrahiyyə şöbəsində əməliyyat olunur.

Faktla bağlı Quba rayon Polis şöbəsində araşdırma aparılır.

 

Gununsesi.info